Azərbaycanın ən çox müzakirə olunan realiti-şousu olan "Maşın şou. Hind kinosu"nun finalçıları müəyyənləşib.
Qaynarinfo oxu.az-a istinadən bildirir ki, layihədə dörd iştirakçı qalırdı, halbuki finalda yalnız üç nəfər qalmalıdır.
Müzakirəyə Ranar Musayevin namizədliyi çıxarılıb. O, isə ən emosiyasız iştirakçı kimi tanınırdı.
Ənənəyə sadiq qalaraq şoudan çıxmağa namizəd rəqibini açıqlamayıb. "Kor-koranə" oyun həmişə özündə lazımı tamaşaçı səsi toplamamaq riskini daşıyır. Səsvermənin ilk nəticələri - 14 faiz Ranar Musayevin ürəyincə olmasa da, püşk artıq atılmışdı və axıradək oynamaq lazım ıdı.
Çox gözləməyə ehtiyac qalmadı. Şounun aparıcısı Murad Dadaşov Ranar Musayevi tribunaya dəvət edir və mümkünsüz mümkün olur. Tamaşaçıların təxminən 80 faizi Ranarın layihədə qalmasına səs verib.
"Mən Sərxan Kərəmoğlunu seçirəm", - deyə Ranar bildirib.
Bununla da Sərxan finala bir addım qalmış şounu tərk etməli olub.
"Mən zərrə moda glock, təəssüflənmirəm. Özünüz gördünüz və tamaşaçılar nəticə çıxara bilərlər. Yarımfinala çata biləcəyimi düşünmürdüm. Fiziki cəhətdən də elə güclü deyiləm. Məni əsəbiləşdirənlər var ıdı, onları layihədən kənarlaşdırdım. Finala çatanlar isə doğrudan da avtomobilə layiqdirlər", - deyə Sərxan vurğuladı.
Öz növbəsində Ranar Musayev ona səs verən bütün tamaşaçılara minnətdarlıq edib.
"Sərxan Kərəmoğluya görə bir az məyusam. Lakin bu, oyundur və mən oynamalı idim. Əmin idim ki, lazımı səs toplaya bilməyəcəyəm. Lakin möcüzə baş verdi. Bundan sonra əsl oyun başlayacaq. Artıq burada, neyse ledi,, neyse centlmen var. Bu oyunda əsas dözümlükdür və axıradək qala biləcəyimə əmin deyiləm. Xəyalə Quliyevanın təcrübəsi var. Səmra Rəhimlidən hər şey gözləmək olar. Ona görə də mübarizə apardığımız avtomobilin kimə çatacağını əminliklə söyləmək olmaz", - deyə o öz qərarını şərh etdi.
Qeyd edək ki, "Maşın şou. Hind kinosu"nun finalına Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva çıxıb.
Şərhlər