Xəbər lenti

Mask milyarderlərin reytinqində Bill Qeytsi ötdü
Dünya 09:32 24.11.2020

Mask milyarderlərin reytinqində Bill Qeytsi ötdü

Dünyanın ən varlı insanı yenidən ABŞ-ın texnologiya şirkəti "Amazon”un rəhbəri (CEO) Ceff Bezos olub.

Qaynarinfo xəbər verir ki, onun sərvəti 182 milyard ABŞ dollarıdır.

Bu dəfə ikinci yerdə "SpaceX” və "Tesla” şirkətlərinin baş direktoru İlon Mask qərarlaşıb.

Belə ki, Maskın sərvəti il ərzində 100, 3 milyard ABŞ dolları artaraq 127,9 milyard ABŞ dollarına çatıb. Bununla da, Mask ABŞ-ın "Microsoft” korporasiyasının rəhbəri Bill Qeytsi geridə qoyub.

"Microsoft”un qurucusu Bill Geyts 127,7 milyard ABŞ dolları həcmindəki sərvəti ilə reytinqin üçüncü sırasında yer tutub.

Daha sonra Fransanın "LVMH” şirkətinin rəhbəri Bernard Arnault və feysbukun yaradıcısı və CEO-su Mark Zuckerberg qərarlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->