Xəbər lenti

Maska nə zaman taxılmalıdır? - Professordan məsləhət
Dünya 12:07 04.04.2020

Maska nə zaman taxılmalıdır? - Professordan məsləhət

Seçenov Universitetinin Xəstəxana Terapiyası kafedrasının professoru, tibb elmləri doktoru Sergey Yakovlev koronavirusun pandemiyasında tibbi maska taxmağın hansı şərtlərdə lazım olduğunu izah edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, maska əsasən dükanlara, tibb müəssisələrinə gedərkən, habelə ictimai nəqliyyatdan istifadə edərkən taxılmalıdır.

"Küçədə maska taxmağın mənası yoxdur. Onun üstünə toz töküləcək, viruslar isə havada uçuşmurlar", - deyə həkim "Arqumentl i Faktı” qəzetinə bildirib.
Yakovlev əlavə edib ki, maska 2-3 saat ərzində istifadə üçün nəzərdə tutulur, bundan sonra atılmalıdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->