Xəbər lenti

“Maykrosoft” Pentaqonla 10 milyardlıq müqavilə bağladı
Texnologiya 13:50 26.10.2019

“Maykrosoft” Pentaqonla 10 milyardlıq müqavilə bağladı

Amerikanın "Maykrosoft” şirkəti ABŞ Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sövdələşmənin məbləği 10 milyard dollardır.

Şirkətin proqramçıları bunun müqabilində məlumatların saxlanılması üçün bir infrastruktur yaratmalı olacaqlar. 

"Microsoft, 10 il müddətinə bütün işlərin tamamlanması şərtilə 10 milyard dollar dəyərində bir müqaviləyə imza atır", - deyə Pentaqon saytının satınalma bölməsində bildirilib.

Amerikanın Amazon korporasiyası da bu tenderdə iştirak etsə də, agentlik Maykrosoftun xeyrinə seçim edib.

Xatırladaq ki, son zamanlar Amazon şirkətinin onlayn pərakəndə satıcılıq işi əvvəlki kimi getmir. Kp.ru saytı yazıb ki, üçüncü rübdə şirkətin mənfəət hesabatı proqnoza nisbətən pis olub və səhmlərin qiyməti xeyli aşağı düşüb. Bunun nəticəsində Amazon şirkətinin direktoru Jeff Bezos axşam saatlarında yeddi milyard dollar itirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->