Mediada ən çox adı hallanan qurumlar (SİYAHI)

Mediada ən çox adı hallanan qurumlar (SİYAHI)

MC&S-in media monitorinq qrupu sentyabr üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən "Qaynarinfo" ya verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sSığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (828 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1674 məlumat), sığorta şirkətləri arasında Standart (141 məlumat), ali məktəblər arasında BDU (1158 məlumat), otel və biznes mərkəzləri arasında JW Marriott Absheron Baku ( 64 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR