Mehdi Hüseynzadə yeni vəzifəyə təyin edildi (FOTO)

Mehdi Hüseynzadə yeni vəzifəyə təyin edildi (FOTO)

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Mehdi Hüseynzadə 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 1997-1999-cu illərdə isə magistr dərəcələrində fərqlənmə diplomları ilə bitirmişdir.

1999-cu ildə   Bakı Dövlət Universitetinin təqdimatına əsasən, prokurorluq orqanlarına xidmətə qəbul edilmişdir. 1999-2010-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə:  Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi vəzifələrində xidmət etmişdir. 

2010-2013-cü illərdə Tərtər hərbi prokuroru olmuş, 2013-cü ildən indiyədək isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində işləmişdir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR