Məhərrəm Novruzovun kürəkəni sərxoş halda qəza törətdi, 4 nəfər öldü (FOTO/VİDEO)

Məhərrəm Novruzovun kürəkəni sərxoş halda qəza törətdi, 4 nəfər öldü (FOTO/VİDEO)

Novxanı-Sumqayıt yolunda "Range-Rover” qəza törədib.

APA xəbər verir ki, "Spring” otelin qarşısında Kəlbəliyev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

XƏBƏRLƏR
BLOGLAR
X