Xəbər lenti

Vuçiç:
Dünya 12:51 21.03.2026

Vuçiç: "Artıq başlayıb, biz sadəcə hələ bunu rəsmi şəkildə demirik"

Serbiya prezidenti Aleksandar Vuçiç III Dünya müharibəsinin artıq başlamış ola biləcəyini, lakin bunun rəsmi şəkildə elan edilmədiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, qlobal münaqişənin qarşısını almaq çətin olacaq.

Aleksandar Vuçiç "Berliner Zeitung” qəzetinə müsahibəsində deyib: "Bəlkə də o artıq başlayıb - biz sadəcə hələ bunu rəsmi şəkildə demirik. Neft, qaz, faydalı qazıntılar, nadir metallar və digər xammallar uğrunda mübarizə çoxdan başlayıb".

Serbiya lideri qeyd edib ki, I və II dünya müharibələri də əvvəlcə regional münaqişələr kimi başlayıb, daha sonra isə böyük ittifaqlar formalaşaraq birbaşa toqquşmaya giriblər. Onun sözlərinə görə, hazırda da oxşar dinamika müşahidə olunur.

"Böyük dövlətlərin maraqları o qədər müxtəlif və əhəmiyyətlidir ki, tərəflərdən heç biri sadəcə geri çəkilə bilməz. Bu isə çox vaxt sonda eskalasiyaya gətirib çıxarır”, deyə Vuçiç əlavə edib.

Prezident eskalasiyanın qarşısının alınacağına ümid etdiyini bildirsə də, hazırda bunun üçün asan yol görmədiyini etiraf edib.

Aydın

--> -->