Xəbər lenti

Məhkumlar sistemi sındırıb 225 min dollar pul oğurladı
Dünya 15:32 28.07.2018

Məhkumlar sistemi sındırıb 225 min dollar pul oğurladı

ABŞ-ın Aydaho ştatında yerləşən həbsxanada maraqlı oğurluq hadisəsi baş verib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, 360-dan çox məhkum onlara musiqi və oyun yükləmək, yaxınları ilə email vasitəsilə əlaqə qurmaq üçün verilən planşetlərlə "JPay" sistemini sındırıb və ümumilikdə 225 min dollar pul oğurlayıblar. Bəzi məhkumlar öz hesablarına minlərlə dollar pul keçirib. 

Qeyd edək ki, "JPay" sistemi vasitəsilə göndərilən emaillərin qiyməti 50 sentdir. Məhkumlar isə həbsxanadakı hər iş saatına görə 10-90 sent pul qazanırlar.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->