Xəbər lenti

Siyasət 13:41 25.11.2020

Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?