Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib (FOTO)

Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.
 

XƏBƏRLƏR
BLOGLAR