Türkiyəli aktyor Murad Yıldırım fevralın 13-də Bakıya gələcək.
Axşam.az-ın məlumatına görə, aktyor baş rolda çəkildiyi “Kırımlı. Qorxulu illər” filminin qala gecəsində iştirak edəcək. “28 Cinema”da baş tutacaq mərasimdə filmin yaradıcı heyəti də yer alacaq.
Qeyd edək ki, ekran işində Muradla yanaşı, Selma Ergeç, Baki Davrak da rol alıb. Film II Dünya müharibəsi illərində Almaniyada əsir düşən tatarların taleyindən bəhs edir.
Qaynar.info
Şərhlər