Tanınmış türk müğənnisi Dəniz Səki həbs olunub. Qaynar.info xəbər verir ki, Türkiyə polisi onu məhkəmənin hökmünü icra etmək üçün saxlayıb.
Belə ki, Dəniz Səki 2009-cu ildə narkotik ticarətində ittiham edilərək həbs olunmuşdu. 7 ay həbsdə qaldıqdan sonra məhkəmənin barəsində 6 il 3 ay həbs qərarı çıxardığı müğənni azadlığa buraxılmışdı. Birinci instansiya məhkəməsinin qərarı yüksək məhkəmə tərəfindən təsdiqləndikdən sonra sənətçi həbsxanaya qayıdaraq cəzasını çəkməli olsa da, 6 aydır qaçaq vəziyyətdə yaşayırdı.
Tez-tez yerini dəyişərək izini itirən Dəniz Səkini bu gün İstanbul Polis İdarəsinin Narkotik Şöbə əməkdaşları Esenyurtda gizləndiyi evdə saxlayıb. Bu gecə şöbədə qalacaq müğənni sabah həkim müayinəsindən keçəcək və həsbxanaya göndəriləcək.
Qaynar.info
Şərhlər