Məktəblər yaxın həftələrdə distant təhsilə keçiləcək? - Nazir açıqladı

Məktəblər yaxın həftələrdə distant təhsilə keçiləcək? - Nazir açıqladı

"Ən son məlumata görə, tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb".

Qaynarinfo-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əgər həmin göstərici bu cür davam etsə, növbəti həftələrdə tədrisin distant formaya keçirilməsinə ehtiyac olmayacaq.

E. Əmrullayev deyib ki, Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyəti aidiyyəti qurumlarla birgə daim izləyir və nəzarətdə saxlayır: "Son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb. Pandemiya dövründə hər zaman şahidi olmuşuq ki, yoluxmalarla bağlı qeyri-müəyyənlik olur, yəni vəziyyət dəyişə bilir. Hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur. Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik".
XƏBƏRLƏR
BLOGLAR
X