Ölkə 20:15 10.06.2021

Məktəblərdə "Son zəng" keçiriləcək

"Bu il məktəblərdə "Son zəng” tədbirləri təşkil olunacaq”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib:

"Cavab müsbətdir. Müəyyən sadə şərtlər daxilində "Son zəng" tədbirləri təşkil olunacaq".