Məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni müqavimət hərəkatı yaratmaq istəyir

Məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni müqavimət hərəkatı yaratmaq istəyir

İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni müqavimət hərəkatı yaratmaq istəyir.

Qaynarinfo xəbər verir ki, belə bir çağırışla Ermənistan Vəkillər Kollegiyasının sədri Karen Zadoyan çıxış edib. Onun sözlərinə görə, müqavimət hərəkatı yaratmaq mümkündür:

"Hadrutdan, Şuşadan, Laçından, Kəlbəcərdən "zorla” köçürülənlərin hər birinə QHT-lər yaratmaqla güclü müqavimət hərəkatını formalaşdıra bilərik. Artıq bildiyiniz kimi, yuxarıda qeyd olunan bütün qeyri-hökumət təşkilatlarının hüquqi-siyasi məsələlərin həllindən tutmuş hüquqların müdafiəsinə kimi tarixi və mədəni dəyərlərin beynəlxalq müdafiəsi məsələlərinə kimi istiqamətləri artıq razılaşdırılıb. Ermənistanda qərarların təşkilatlar daxilində qəbul edildiyi suveren QHT-lər yoxdur, belə suveren təşkilatlar Hadrutdan, Şuşadan, Laçından, Kəlbəcərdən olan "məcburi” köçkünlər tərəfindən yaradılmış QHT-lər ola bilər. Çünki bu təşkilatların öz baxış və missiyaları ilə bağlı dəqiq strategiyaları var. Dəyərlər və konkret məqsədlər təşkilatların bütün fəaliyyəti strategiyalarından irəli gəlir”.
 
Telman
XƏBƏRLƏR
BLOGLAR
X