Zaur Əliyev

Blogger
Yazılar
12
Məmməd Əmin Rəsulzadə ailəsinə xəyanət edibmi?

Məmməd Əmin Rəsulzadə ailəsinə xəyanət edibmi?

Bu gün Cümhuriyyətin quruclarından biri olan Məmməd Əmin Rəsulzadə haqqında hansısa müzakirə olunan zaman tarixdən biligisi olmayanlar onu ittiham edərək deyirlər ki, "Rəsulzadə ailəsini qoyub qaçıb”.  

Böyük şəxsiyyət haqqında bu ittihamı irəli sürənlər ən azından onun yaşadıqlarını bilsələr dərd yarı idi.  İndi isə daha ətraflı, 1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib Məhəmməd Əmin Rəsulzadəni azad edir. Rəsulzadəni öldürmək istəyən Əliheydər Qarayevin əlindən Nərmanovun Stalinə teleqrafı olur və Stalin onun həyatını xilas etmiş şəxsi azad edərək özü ilə aparır. Ailəsini isə götürməyə izn verilmir. Stalinin əlindən Finlandiyaya, ordan Fransaya, ordan da Türkiyəyə gəlir. 

Mühacirətdə olduğu gündən ailəsini xilas etmək üçün bütün cəhdlər edən Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925–1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə Məhəmməd Əmin Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində Məhəmməd Əmin Rəsulzadənin ailəsinə müəyyən köməklik edib. Rəsulzadə mühacirətdə ikən dəfələrlə ailəsini yanına gətirməyə çalşıb. Təəssüf ki, buna icazə verilməyib. Burda Türkiyə hökumətinin Rəsulzadə ailəsinə vizanı gecikdirməsi də böyük səbəblərdən biridir. Türkiyə Rəsulzadənin ailəsinə viza verəndə artıq gec idi, ailəsi Tehrandan Bakıya gəlmişdir və bundan sonra represiyyaya məruz qalmışdır.  Ceyhun bəy Hacıbəyliyə yazdığı 19 iyul 1925-ci il tarixli məktubda bildirib: "Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram”.

Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib.1937-ci ildə, Böyük Təmizlik zamanı NKVD Ümbülbanu xanımı, Məhəmməd Əminin anası Maral xanımı, qızı Xalidə və oğlu Azəri sürgün edib.1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirib. Erməni zabitləri dəfələrlə ona təyziq göstərib Rəsulzadə ilə niyə yazışmadığını soruşanda Ümbülbanu xanım bütün ağrılara baxmayaraq cavab vermişdir: "Məmmədin yazdığı məktublarda O, uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…”

Məhəmməd Əmin bəyin anası Maral xanım,  qızları Lətifə və Xalidə, kiçik oğlu Azər 1937-ci ildə Qazaxıstanın Taldı Kurqan vilayətinə sürgün edilirlər; böyük oğlu Rəsul isə 1938-ci il martın 1-də Bakıda güllələnir. Ümbülbanu xanım Rəsulzadənin anasına son nəfəsinə qədər baxır, yanında olur.

Ərinə sədaqətli olan Ümbülbanu xanım bütün əziyyətlərə baxmayaraq bir-bir yaxınlarının vəfat etməsin gözləri ilə görür. Dəfələrlə müxtəlif təyziqlərə məruz qalır, hətta bir neçə dəfə evlənmə təklifi almasına baxmayaraq Məhəmməd Əmin bəyə sadiq bir xanım kimi həyatın başa vurur.

Ailəsinin sürgün olduğunu və taleyindən uzun müddət xəbər almayan, sonra ailəsinin ölüm xəbərini alan Məmməd Əmin Rəsulzadə  polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb.

Məmməd Əmin Rəsulzadə son günlərinə qədər birinci ailəsini və övladlarını xatırlayıb. Onları bir an belə unutmayıb.

Dosent Zaur Əliyev

OXŞAR XƏBƏRLƏR

X