Xəbər lenti

İdman 14:31 06.09.2019

Məmuru döyən futbolçular azadlıqda

Rusiya yığmasının həbsdə olan sabiq futbolçuları Aleksandr KokorinPavel Mamayev azadlığa çıxıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə onların vaxtından əvvəl azad olunması ilə bağlı vəsatəti qəbul edib. Bununla da hər iki futbolçu, həmçinin Kokorinin qardaşı Kirill Kokorin şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Aleksandr və Pavel ötən ilin 11 oktyabrında həbs edilib. Futbolçular bir barda Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döydükləri üçün saxlanılıb. Bundan sonra Kokorin "Zenit"dən, Mamayev "Krasnodar"dan kənarlaşdırılıb. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?