Sənət 00:12 12.11.2014

“Mənə olan sevginə nöqtə qoya bilərsən?” - Leyla Әliyeva

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini modern.az saytına təqdim edib. “Mənə olan sevginə nöqtə qoya bilərsən?” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Ты меня можешь разлюбить?) 

“Mənə olan sevginə 
nöqtə qoya bilərsən?” –
Sükutun dili ilə 
soruşdum sevgilimdən. 
Yəqin ki, ayrılıqdan 
ölməzsən... –
Kim ölüb kim.?! 
Qəlbinin acısına, 
azacıq nəşə qatıb 
həyatına eləcə, 
davam eləyəcəksən...

Ölən gününə qədər 
bunu bir dərd eyləyib 
xiffətmi çəkəcəksən? –
Ya da unudacaqsan –
Bir ilə, iki ilə... 
Cızdığın üz cizgimi, 
pozacaqsan kağızdan, 
ya da ki, rənglər qatıb, 
gətirəcəksən cana?

Sən məni ürəyindən 
            silə bilərsən, 
   əlbət; 
Günün qürub çağında 
axtarmarsan da xəlvət... 
Beləcə davam edək: 
Danışma, dilə gəlmə... 
Ağzından çıxan sözün, 
Yolu yoxdur geriyə.

Əlbət, bacaracaqsan, 
bunu hamı bacarar; 
Zaman da nəfəsini 
asanca oğurlayar... 
Gün üzündə sən məni, 
Itirməklə, sevgilim, 
yuxularda ruhuma 
yenə də sənsən hakim...

Sən məni unuda bilərsən, əlbət, 
Görüm olmaz olsun belə xasiyyət..! 
Kədəri mən sənə öyrətdim, fəqət, 
Sən qüssədə qaldın, etdim cinayət...

Burda tək günahkar özüməm... özüm... 
Bağışlayacaqsan – mən inanıram 
Zəif ürəkləri mən qıra-qıra 
Qəlbimdə qəlpələr toplayacağam...

Mənə olan sevginə, 
nöqtə qoya bilərsən. 
Əlbəttə, bacararsan –
Bir sirri açdım sənə – 
İnam dolu bir sirri: 
Ruhunu tərk etmirəm..! 
Nə qədər ki, mən özüm 
Özümü dərk edirəm –
orada əbədiyəm...

Tərcümə edəni: Mahir Qabiloğlu

Qaynar.ifo