Xəbər lenti

Dünya 13:59 06.05.2021

Merkel istefaya çıxandan sonrakı planlarından danışdı

İndi işdən macalım olmadığına görə təqaüdə çıxandan sonra nə edəcəyimi düşünə bilməmişəm. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyi sualını cavablandırarkən deyib.

"Bir az yatacağam, təbiətdə gəzəcəyəm, ondan sonra xüsusi olaraq nə etmək istədiyimi düşünəcəyəm", - Merkel deyib.

Xatırladaq ki, Almaniyada növbəti parlament seçkiləri 2021-ci il sentyabrın 26-da keçiriləcək və Merkel daha seçkiyə qatılmayacaq. O, artıq mühafizəkar CDU/CSU blokundan Almaniya hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib. Merkelin sözlərinə görə, səlahiyyət müddəti bitdikdən sonra siyasətdən gedəcək.

Angela Merkel 2005-ci ilin noyabrından bəri Nazirlər Kabinetinə rəhbərlik edir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->