Azərbaycan Mərkəzi Bankı ilin sonunda inflyasiyanın 6%-ədək yüksəlcəyini proqnozlaşdırır. İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı göstərir.
Qaynarinfo xəbər verir ki,bu barədə Mərkəzi Bankın yayımladığı məlumatda bildirilir. Qeyd olunur ki, "Dəqiqləşdirilmiş proqnozlara görə cari ilin sonuna qədər inflyasiyanın hədəf diapazonunda (4±2%) olacağı, lakin, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı gözlənilir".
Əlavə edilib ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınmış, qiymətlərin ümumi səviyyəsi iyunda 0.5% aşağı düşmüşdür. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2.9% təşkil etmişdir.
İnflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4.3%) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1.3%) və xidmətlər üzrə illik qiymət artımı (2.3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır.
Şərhlər