Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsi ilə bağlı qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə bankın sədri Elman Rüstəmov açıqlamasında bildirib.
İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.
Qeyd edək ki, ABM iyunun 14-də uçot dərəcəsini 11%-dən 10%-ə, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.
Şərhlər