Ölkə 09:19 27.05.2018

Mərkəzi prospektdə sürəti həddi endirildi: bütün zolaqlarda 20 km/saat...

Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saat endirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, atılan addım mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.