Xəbər lenti

Məşhur ABŞ nəşrindən Türkiyə ilə bağlı inanılmaz məqalə (TƏHLİL)
Dünya 11:33 09.10.2019

Məşhur ABŞ nəşrindən Türkiyə ilə bağlı inanılmaz məqalə (TƏHLİL)

"Ankaranın YPG-nin ABŞ tərəfindən silahlandırılmasına əks reaksiyasını kürdlərə qarşı yanaşma kimi əsaslandırmaq cahillikdir".

Qaynarinfo xəbər verir ki, bu sözlər ABŞ-ın məşhur "Wall Street Journal” nəşrində çap edilən bir analitik təhlildə yer alıb.

Hudson İnstitutunun Orta Şərq üzrə aparıcı mütəxəssisi Mişel Doran və Prinston Universitetinin proffessoru Mişel Reynolds "Wall Street Journal” (WSJ) üçün yazdığı "Türkiyənin ABŞ-a qarşı haqlı iradları var" başlıqlı məqalədə ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalında Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı bölgədən ABŞ əsgərlərini çıxarması qərarının Vaşinqtonda bir çox siyasətçi və analitik mərkəzlər tərəfindən tənqid edilməsi bu cümlələrlə cavablandırılıb: "Ancaq bu tənqidçilər reallıqları görməzdən gəlirlər”. 

Trampın Suriyanın şimalındakı "PKK ilə əlaqəli kürdlərə" dəstəyi dayandırmasının haqlı olduğunu vurğulayan məqalədə deyilir:

"Türkiyənin cənub sərhədini YPG-dən qorumaqda israrlı olmasına, ümumiyyətlə, pis məqsədli bir şey kimi baxırlar. Ancaq YPG-nin PKK ilə köklü bağlılığı var və bunu o dövrün müdafiə naziri Aş Karter 2016-cı ilin aprelində Konqresdə verdiyi açıqlamada da dilə gətirmişdi”.

Türkiyəni tənqid edənlərin S-400-lər məsələsini də bəhanə etdiyi vurğulanan məqalədə ABŞ-Türkiyə əlaqələrinin yalnız Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə yox, Türkiyədə artan "Amerikan düşmənçiliyinə" də bağlı olduğu və Ərdoğanı dəstəkləməyənlərin belə ABŞ-a qarşı çıxdığı qeyd edilib.

Məqalədə Türkiyənin ABŞ-a qarşı 3 əsas iradı xüsusi olaraq vurğulanaraq deyilir:

"Bunlardan birincisi, ABŞ-ın tərəddüdlü Suriya siyasətidir. Ankara Suriya xalqının diktator Bəşər Əsədi devirmək səylərini dəstəkləyəndə Vaşinqtonun ardınca getdi. Ancaq Türkiyə hava sahəsini pozduğuna görə 2015-ci ildə bir rus qırıcısını vuranda prezident Barak Obama bunu Amerikanın əsas regional tərəfdaşı və ABŞ maraqlarının güclü düşməniylə Türkiyə arasında münaqişə kimi deyil, üçüncü tərəflər arasındakı ikitərəfli mübahisə hesab etdiyini dedi. Ankara təkbaşına qalandan sonra Moskva ilə anlaşmaya getməkdən başqa çarəsinin olmadığını başa düşdü. Vladimir Putinin qətiyyəti Obamanı məsafəli davranışına üstün gəldi. Və bu da S-400 razılaşmasına aparan bir vəziyyətin əsasını qoymuş oldu”.

Daha sonra Türkiyənin şikayətləndiyi digər bir mövzunun da ABŞ-ın Fətullah Gülənə ev sahibliyi etməsi olduğuna diqqət çəkilir:

"ABŞ-ın bir vaxtlar Ankara səfiri olmuş Ceyms Ceffri Suriya Xüsusi Nümayəndəliyi vəzifəsinə gəlməzdən əvvəl "Gülənin ABŞ-da qorunmasının çox ayıb bir iş” olduğunu demişdi. Türklər ABŞ-ın belə bir şəxsə necə qucaq açdığına inana bilmirdi”.

Məqalədə Türkiyənin üçüncü, amma ən əhəmiyyətli iradının isə Obama rəhbərliyinin 2016-cı ildə verdiyi YPG mənsublarını silahlandırma və təlim keçmə qərarı olduğuna işarə edilərək, bu fikirlər qeyd edilib:

"ABŞ, Türkiyə ilə əməkdaşlıq etmək yerinə, PKK-nın Suriya qanadı YPG-ni dəstəkləmək xəttini seçdi. Türk xalqı bu təşkilatı illərdir davam edən bir savaşın və on minlərlə insanın ölümünün günahkarı kimi görür. PKK Türkiyə Respublikası üçün böyük bir təhdiddir və bütün siyasi qanadlarda yer alan türklər bu terror təşkilatına nifrət edir. Ankaranın YPG-nin silahlanmasına reaksiyasını anti-kürd məsələsi hesab etmək cahillikdir. Bu, eynən Əl Qaidəyə qarşı mübarizəni islamafobiya kimi qiymətləndirməyə oxşayır”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->