Amerikalı məşhur aktrisa Allison Məkə insan alveri ilə məşğul olan təriqətə üzv olmaq ittihamı irəli sürülüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Federal Tədqiqatlar Bürosu məsələ ilə bağlı aktrisanı həbs edib. Bildirilir ki, Allison qadınları tələyə salaraq seksual köləyə çevirən "Nxivm" adlı təşkilata üzvdür. Aktrisa qadınları təriqətə daxil etmək, onları şantaj yolu ilə idarə və təşkilat sədrinə itaət etdirmək vəzifələrini icra edib. Tələyə düşən qadınlara işgəncələr verildiyi, onların ac saxlanıldığı iddia edilir.
İttihamlara görə Məkə 15 ildən ömürlük həbsə qədər cəza verilə bilər.
Qeyd edək ki, Allison Mək "Smallville" və "Wilfred" seriallarında iştirakı ilə məşhur idi.
Gülşən
Şərhlər