Dünya 14:17 01.06.2020

Məşhur "Anoynmous" haker qrupu da aksiyaya qoşuldu: iki qurumun saytı dağıdıldı

ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra başlayan aksiyalara məşhur haker qrupu "Anoynmous" da qatılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qrup Minnepolis Polis Təşkilatının və Minnepolis Bələdiyyə İdarəsinin saytını dağıdıb.

Qeyd edək ki, mayın 28-də sosial şəbəkədə "Anoynmous"lə əlaqəli bir qrupda səsi dəyişditilmiş və maska taxmış bir nəfərin çıxış etdiyi görüntü paylaşılıb. Naməlum şəxs çıxışında bu ifadələrə yer verib:

"İnsanları öldürən və digər cinayətlərə qarışan polislər də eyni bizim kimi istintaqa cəlb edilməlidir. Əks-təqdirdə istədiklərini etmək hüququna sahib olduqlarını zənn edəcəklər. Ötən illərdə gerçəkləşən hadisələr nəticəsində çox insan sizin bizi xilas etmək üçün orda olmadığınızı anlamağa başladı. Əksinə bizi əzmək və cinayətkar iqtidar siniflərinin iradəsini yerinə yetirmək üçün burada olduğunu öyrənməyə başladı. Ölkəyə nəzarət edənlərə nizam yaratmaq üçün burdasız, nəzarət altında olanları qorumaq üçün deyil. Əslində elitanın qlobal təzyiq sistemini davam etdirmək üçün istifadə etdiyi mexanizmsiz və dünya sonda buna qarşı oyanır. Bu polislər istintaqa cəlb edilməli, xüsusən də Çauvin cinayətdə ittiham edilməlidir. Əfsuslar olsun ki, sizin korrupsiyalaşmış təşkilatınızın ədaləti bərqərar edəcəyinə inanmırıq. Bu səbəbdən cinayətlərinizi dünyaya ifşa edəcəyik. Bizi gözləyin".
 
Camal