Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu (VİDEO)
Sosial şəbəkələrdə məşhurlaşaraq "O səs Türkiyə” yarışmasına qədər gedib çıxan azərbaycanlı çoban Pərvin Səfərov tələbə adını qazanıb.
Qaynarinfo xəbər verir ki, Neftçala rayonu Qaçaqkənd kəndində yaşayan istedadlı çoban Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsində təhsil alacaq.
Təəssüratlarını kult.az-la bölüşən ifaçı aprel ayından imtahana hazırlaşdığını deyib: "Fənlərdən hazırlaşdım, fəaliyyətimi nəzərə alaraq qabiliyyətdən də güzəşt olundu. Nəticələr açıqlanmamışdan əvvəl çox həyəcanlı idim. Ötən il qəbul ola bilməmişdim deyə, məyus olmuşdum. Ümidim bu ilə idi. Bu dəfə də olmasaydı, tələbəlik sevdasından əl çəkəcəkdim. Nəticəni öyrənməyə ürək eləmirdim. Yerlər açıqlananda kənddə idim, qoyunları çıxarmışdım. Dedim, birazdan sms göndərib öyrənərəm. Evə qayıdanda dostum zəng eləyib dedi ki, təbrik edirəm, qəbul olunmusan”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər