Foto 14:20 09.12.2019

Məşhur azərbaycanlı xanım Xorvatiyanın səfiri ilə ailə qurdu (FOTOLAR)

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Mustafa Kamal Atatürkə həsr etdiyi portreti Türkiyə Cümhuriyyətinin sərvəti olaraq Ankarada - Atatürkün ev muzeyində sərgilənən Günay Mehdizadə ailə qurub. 

Qaynarinfo mediapress.az-a istinadən xəbər verir ki, Günay xanım sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçə ərə gedib.

Əlavə edək ki, bu, Günay Mehdizadənin ikinci evliliyidir.