MMA döyüşçüsü Konor Makqreqor təcavüzdə ittiham olunur.
Qaynarinfo "Fox News"a istinadən xəbər verir ki, irlandiyalı idmançı 20 yaşlı qıza Dublindəki barlardan birinin yaxınlığındakı dayanacaqda təcavüz edib. Hələlik ona qarşı ittiham irəli sürülməyib.
Makqreqorun vəkilləri iddianı təkzib edib və idmançının böhtan qurbanı olduğunu bildiriblər.
Qeyd edək ki, bu ilin 26 martında "New York Times" Makqreqorla bağlı cinsi təcavüz ittihamı ilə araşdırma aparıldığını yazmışdı. Həmin vaxt İranldiya polisi idmançını sorğu-sual etdikdən sonra azadlığa buraxmışdı.
Şərhlər