Məşhur repçi zorakılıqda günahkar bilindi

Məşhur repçi zorakılıqda günahkar bilindi

"ASAP Rocky" ləqəbli məşhur amerikalı repçi Rakim Meyers zorakılıqda günahkar bilinib.

Qaynarinfo NBC News-a istinadən xəbər verir ki, İsveç məhkəməsinin qəbul etdiyi qərara görə, "ASAP Rocky"yə şərti həbs cəzası veriləcək və o, həbsxanaya göndərilməyəcək. Repçinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilmişdi.

Xatırladaq ki, Rakim Meyers iyul ayında Stokholmda həbs edilib. O və digər iki yaxını 19 yaşlı Mustafa Cəfəriyə qarşı zorakılıq etmişdi. 

R.Meyerin həbsi böyük səs-küyə səbəb olmuş, bir çox məşhurlar, həmçinin ABŞ prezidenti Donald Tramp İsveç rəsmilərini repçini azad etməyə səsləmişdi.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR