Məşhur serialın aktyoru xəstəxanaya yerləşdirildi

Məşhur serialın aktyoru xəstəxanaya yerləşdirildi

"Sklifosovski” serialının aktyoru dava etdikdən sonra xəstəxanaya yerləşdirilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Aktyor Pyotr Tomaşevski sərxoş halda beyin silkələnməsi ilə Moskva yaxınlığındakı Ramensk xəstəxanasına yerləşdirilib.
 
İlkin məlumata görə, aktyor davada iştirak edib.

Pyotr Tomaşevski 4 fevral 1982-ci ildə Yekaterinburqda anadan olub. 2003-cü ildə VTU-nu bitirib. O, "Sklifosovski", "Ata", "Qara işarə", "Qurdların yayı", "Quldurlar kraliçası" kimi film və seriallarda rol alıb.

Xəyal
XƏBƏRLƏR
BLOGLAR
X