Türkiyənin məşhur aktyoru Mehmet Ali Alabora barədə həbs qərarı çıxarılıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar, aktyorun 2013-cü ildə İstanbulda Gezi Parkının sökülməsi əleyhinə təşkil edilmiş böyük etiraz nümayişlərində fəaliyyətinə görə çıxarılıb. Alaboranın aksiyalardan əvvəl Gürcüstan və Ərəb dünyasındakı nümayişlərdə rol oynayan " OTPOR" təşkilatının lideri İvan Maroviç ilə İstanbul və Misirdə keçirdiyi görüşlər məhkəməyə sübut olaraq göstərilib. Bildirilir ki, hadisələrə 2011-ci ildən hazırlıq görülüb.
Qeyd edək ki, Gezi hadisələrinin əsas təşkilatçılığının biznesmen Osman Kavala tərəfindən edildiyi, amerikalı milyarder Corc Sorosa bağlı təşkilatların prosesə dəstək verdiyi iddia olunur. Kavala hazırda həbsdədir.
Gülşən
Şərhlər