"Kanal 7”də yayımlanan "Yemin” serialının yeni mövsümü start götürüb.
Bu mövsümdən ekran işinə azərbaycanlı aktrisa Yağmur Şahbazova da daxil olub.
O, serialda Narin adlı azərbaycanlı obrazını canlandırır. Digər maraqlı məqam isə Yağmurun göstərildiyi hüznlü səhnələrdə Azərbaycan mahnısının səsləndirilməsidir.
Belə ki, "Yemin”in yeni bölümlərindən birində polis bölməsinə aparılan Narinə ölkədən deportasiya ediləcəyi bildirilir. Bu zaman fonda mərhum Xalq artisti Şövkət Ələkbərovanın "Qəmgin mahnı” adlı ifasının instrumental versiyası səsləndirilir.
Sözügedən görüntüləri təqdim edirik. (Axşam.az)
Şərhlər