Xəbər lenti

Məşhur YAP-çı iş adamı məhkəməyə verildi
Ekonomiks 14:27 15.10.2021

Məşhur YAP-çı iş adamı məhkəməyə verildi

Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlərdən biri olan "ATEF Şirkətlər Qrupu” MMC məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "Fortuna.F.M” MMC-dir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır. İddia alqı-satqı müqaviləsi üzrə mübahisələr barədədir. 

"ATEF Şirkətlər Qrupu” MMC 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz  Transformatorlar Zavodunun bazasında yaradılıb. 1998-ci ildə özəlləşdirlən şirkət 20 avqust 2009-cu ildə MMC kimi qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 33 892 585 AZN-dir. Hüquqi ünvanı Əmircan qəsəbində yerləşir. Qanuni təmsilçisi isə Əlixanbəyov Emil Talıb oğludur.

Emil Əlixanbəyov məşhur iş adamı Talıb Əlixanbəyovun oğludur. "ATEF Şirkətlər Qrupu” MMC-nin Müşahidə Şurasının sədri də Talıb Əlixanbəyovdur. O, həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür. Talıb Əlixanbəyovun digər oğlu Azər Əlixanbəyov 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.

Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə, Talıb Əlixanbəyov Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevin dostudur. 

Seyid




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->