Xəbər lenti

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü: ölümlə hədələnir (FOTO)
Foto 19:44 17.02.2019

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü: ölümlə hədələnir (FOTO)

Sellofan torbadan Lionel Messi forması düzəldərək bütün dünyaya məşhur olan əfqanıstanlı Murtaza Əhmədi adlı uşağın həyatı cəhənnəmə çevirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun arnası açıqlama verib. Uşağın anası bildirib ki, oğlunun dünüa mediasında məşhurlaşmasından sonra həyatları radikal şəkildə dəyişib. "Taliban"ın hədəfinə çevirilən ailə hər gün ölüm təhdidləri alır və bu qorxunun altında həyatlarına davam edirlər. Onlar ötən il təhdidlər səbəbindən evlərini tərk etməli olublar. 

Qeyd edək ki, Murtaza Əhmədi sellofan torbalı Messi forması ilə məşhurlaşandan sonra 2016-cı ildə Messi ilə görüşmüşdü. "Barselona"nın ulduzu ona top və imzalı forma hədiyyə etmişdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->