Metro ticarətçiləri cərimələnib
Dünən "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında etiraz aksiyası keçirərək, fəaliyyətlərinə əngəl törədilməsi ilə barışmaq istəməyən və yolu kəsdikləri üçün Yasamal polisi tərəfindən polis bölmələrinə aparılan metro ticarətçiləri cərimə ediliblər.
Musavat.com-un məlumatına görə, onların işinə Yasamal rayon məhkəməsində baxılıb və hakim İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini əsas götürərək etiraz aksiyası keçirməyə çalışan və polis tərəfindən saxlanılan ticarətçilərin hər birini 40 manat məbləğində cərimə edib.
Qaynar.info
Şərhlər