Xəbər lenti

Microsoft-dan TikTok-un alınması ilə bağlı açıqlama
Texnologiya 12:30 03.08.2020

Microsoft-dan TikTok-un alınması ilə bağlı açıqlama

Amerikanın İT nəhəngi Microsoft Çinə aid TikTok sosial şəbəkəsinin ABŞ əməliyyatlarının alınması üçün müzakirələrin davam etdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Microsoft yazılı açıqlama yayımlayıb. Açıqlamada eyni zamanda TikTok-un Kanada, Avstraliya və Yeni Zellandiyadakı fəaliyyətlərini əldə etmək üçün də danışıqlar aparıldığı və ən gec 15 sentyabra qədər razılaşmanın əldə olunacağı bildirilib.

Amerikalı istifadəçilərin məlumatlarının ölkəyə transfer ediləcəyi və burada qalacağı qeyd olunub. Həmçinin satın alma əməliyyatlarının tam təhlükəsizlik qiymətləndirməsinə cavab verəcəyi və ABŞ Maliyyə Nazirliyinə də töhhə verəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə verdii açıqlamasında TikTok-un ölkədə fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərar imzalayacağını demişdi. TikTok rəhbərliyi isə bu təhdidə cavabında hələ uzun müddətə qədər ABŞ-da qalmaq niyyətində olduqlarını bildirmişdi.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->