Foto 19:33 16.10.2021

Mikayıl Cabbarov onlara yüksək vəzifə verdi (FOTO)

İqtisadiyyat Nazirliyinin Aparatına yeni təyinatlar olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə bir vaxtlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Amil Əlili İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Dövlət investisiyaları şöbəsinin müdiri vəzifəsinə isə Əli Hacıyev təyin olunub. 

Əhməd