"Milan”ın prezidenti Li Yonxonq istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı klub səhmdarların iclasında qərar qəbul edilib.
Prezidentlə yanaşı, baş direktor Marko Fassone, həmçinin klub rəsmilərindən David Xan Lo, Lu Bo və Syuy Renşu da işdən kənarlaşdırılıb.
"Milan"ın yeni prezidenti Paolo Skaroni seçilib. Marko Patuano, Corco Furlani, Stefano Koçirio, Salvatore Serçione, Alfredo Qraça, Canluka Davanzo və Frenk Tuil yeni İdarə Heyətində yer alıb.
Şərhlər