1-10 oktyabrda Bakı Əl Oyunları İdman Sarayında keçiriləcək Milli Kitab Satış Sərgisinin fəxri qonağı müəyyənləşib.
Tədbirin fəxri qonağı Əlisa Nicat olacaq. Bu barədə Qaynarinfo-ya "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
"Müdrik yazıçı Əlisa Nicat 80-ə qədər kitabın müəllifidir. Əlisa Nicat bu gün də durmadan çalışır, yazır, tərcümə, redaktə edir. Yazının, yazıçılığın ən etibarlı dostudur. Fəxri qonaq olması münasibəti ilə yorulmaz yazarımız təbrik edirəm”, - deyə Şahbaz Xuduğlu qeyd edib.
Milli Kitab Satış Sərgisi ilə bağlı Əlisa Nicat kitabsevərlərə video müraciət edib. Həmin videonu təqdim edirik:
Şərhlər