Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada keçirilən dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Osaka şəhərində Çinlə qarşılaşan millimiz meydanı məğlubiyyətlə tərk edib - 0:3. Faiq Qarayevin baş məşqçi olduğu komandamız ilk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesabı ilə yenilib.
F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14.20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdi. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədi. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadı.
Şərhlər