Xəbər lenti

Milli Məclisdə xüsusi iş qaydası tətbiq edildi
Ölkə 20:09 31.05.2020

Milli Məclisdə xüsusi iş qaydası tətbiq edildi

"Milli Məclis dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir”.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O bildirib ki, parlamentdə xüsusi iş qaydası tətbiq edilib: "Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər tibbi maskada olmaqla əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaq”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->