Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.
Bu barədə report-a Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.
A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.
Şərhlər