Xəbər lenti

Milli Şuradan Saakaşviliyə CAVAB
Siyasət 11:19 02.08.2013

Milli Şuradan Saakaşviliyə CAVAB

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan müxalifətinin Tiflis görüşü barədə söylədiyi fikirlərə qarşı tərəf cavab verib. 

Milli Şuranı Rusiyaya xidmət edən orqan kimi təqdim edən gürcü prezident bu mövqeyinə görə Azərbaycan iqtidarı düşərgəsində alqışla qaşrılansa da, Azərbaycan müxalifətini qəzəbləndirib.

Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Saakaşvilinin bu fikirlərinə təəssüf etdiyini bildirib. Onun sözlərinə görə, Gürcüstan prezidenti son bəyanatı ilə Azərbaycan hakimiyyətinin müdafiəçisi rolunda çıxış etməklə məşğuldur.

“Saakaşvili son zamanlar az qala Azərbaycan hakimiyyətinin vəkili rolunda çıxış edir. Təəssüf edirik buna. Biz bu barədə öz mövqeyimizi geniş şəkildə bildirəcəyik”, - deyə E.Quliyev qeyd edib.

Milli Şuranımn digər üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı da Saakaşviliyə sərt cavab verib. Onun sözlərinə görə, Saakaşvili bu fikirləri səsləndirməklə, Azərbaycan hakimiyyətinə dəstək vermək niyyətindədir.

“Saakaşvili Azərbaycan hakimiyyətinə dəstək verdiyini nümayiş etdirir. Belə bir çıxış Saakaşvilidən gözlənilən idi. Bir müddət əvvəl də o belə bir fikir söyləmişdi. Saakaşvili Rusiya ilə özünün səhvi hesabına yaratdığı düşmənçiliyi Azərbaycana da aid eləmək istəyir. Saakaşvili Milli Şuranı Rusiyaya xidmət edən qurum kimi təqdim etməklə, özünün Azərbaycan hakimiyyətinin yanında olduğunu göstərmək istəyir”.

Qeyd edək ki, Gürcüstan prezidenti ötən gün verdiyi açıqlamada Milli Şuranın Tiflis sammitinə münasibət bildirib. Gürcü prezident müxalifətin bu qanadının Rusiyanın ideyası ilə fəaliyyət göstərdiyini iddia edib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır",-deyə Saakaşvili qeyd edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->