Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Rusiya prezidentinə müraciət etməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur.Milli Şuranın mətbuat xidməti bildirir ki, iyulun 11-dən bəzi mətbu orqanlarında məlumat yayılıb ki, DQMŞ Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Məlumatlarda belə bir müraciətin edilməsinə səbəb kimi Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı məsələnin həll edilməsi göstərilir.
Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.
“Milli Şuranın bu məsələ ilə bağlı heç bir müraciəti mövcud deyil. Mətbuatda müxtəlif məsələlərlə bağlı Milli Şuranın adından həqiqətəuyğun olmayan informasiyaların yayılmasını nəzərə alaraq, bir daha xatırladırıq ki, Milli Şuranın rəsmi mövqeyini yalnız təşkilatın qəbul edilmiş sənədlərinə uyğun olaraq Milli Şuranın sədri, Milli Şuranın İcra Aparatının rəhbəri və mətbuat xidməti tərəfindən yayılan informasiyalar əks etdirir”, - o bildirib.
Qaynar.info
Şərhlər