Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.
O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah - oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.
Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.
Şərhlər