Xəbər lenti

Milli Şuranın üzvləri ABŞ-a niyə çağrılıb?
Siyasət 12:52 22.06.2013

Milli Şuranın üzvləri ABŞ-a niyə çağrılıb?

Məlumatı Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov təsdiqləyib

Gələn ay Milli Şurada təmsil olunan əsas partiyaların rəhbərləri Vaşinqtona gedəcək. 

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ABŞ-da keçirdiyi görüşlərdən sonra qərarlaşdırılıb ki, qurumda təmsil olunan partiyaların rəhbərləri də birləşmiş ştatlara səfər etsin.

Məlumatı Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov da təsdiqləyib. O, AzNews.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Milli Şuraya ABŞ-dan müəyyən dəvətlər var. Qurumun icra aparatı rəhbəri deyib ki, bu dəvətlərdən hansıların reallaşdırılacağını isə zaman göstərəcək: “Müəyyən dəvətlər var, baxaq görək, bunlardan hansıları reallaşdıra bilirik”.

Daxil olan məlumatda qeyd edilir ki, ABŞ səfərində AXCP sədri Əli Kərimlidən başqa, digər partiya sədrlərinin iştirak edəcəyi gözlənilir. Səfərdə Müsavat başqanı İsa Qəmbər, Eldar Namazov, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbərin iştirak edəcəyi gözlənilir. 

AXCP sədri Ə.Kərimlini isə böyük ehtimalla, müavini Fuad Qəhrəmanlı əvəz edəcək. AXCP sədrinin xarici pasport problemi olduğu üçün onun ABŞ-a səfər edən heyətdə yer alması mümkün olmayacaq. 

Bildirilir ki, Milli Şuranın sədri R.İbrahimbəyov da planlaşdırılan səfərdə iştirak edəcək. O, səfər zamanı Avropada keçirdiyi görüşlərə son verib, okeanın o tayına gedəcək.

Səfərin 3-5 gün müddətində davam edəcəyi bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->