Azərbaycan milli komandası Makedoniya yığması ilə martın 27-də Türkiyənin Antalya bölgəsində keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində futbolçu itkisi ilə üzləşib.
Millinin mətbuat xidmətindən
Qaynarinfo-ya verilən məlumatına görə, Ukrayna "Aleksandriya"sından dəvət olunmuş
Pavel Paşayev zədələnib. 30 yaşlı müdafiəçi martın 23-də Belarusla qarşılaşmada ayağından xəsarət alıb. Nəticədə o, 46-cı dəqiqədə yerini digər legioner Dmitri Nazarova verib. Paşayev hazırda millinin düşərgəsində olsa da, sabahkı matçda çıxış etməyəcək.
Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Şərhlər