İdman 28.01.2022

Millimizin baş məşqçisi: "Rəqibin zəif cəhəti odur ki..."

Bu gün Amsterdamdakı "Ziggo Dome”də Azərbaycan millisinin baş məşqçisi Joze Alesi Da Silvanın oyunöncəsi mətbuat konfransı keçirilib.
 
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis yanvarın 29-da, Avropa Çempionatının final mərhələsi çərçivəsində baş tutacaq Bosniya və Hersoqovina ilə matç haqda bunları söyləyib.

"Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq. 

Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?