Xəbər lenti

Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi (VİDEO)
Video 17:35 16.06.2021

Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi (VİDEO)

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasına keçib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.

Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->